İçeriğe geçmek için "Enter"a basın

ABŞ-da kosmik teleskop üçün ən güclü kamera təqdim edilib Son xəbərlər


ABŞ-da kosmik teleskop üçün ən güclü kamera təqdim edilib

Bakı, 4 aprel, AZƏRTAC

ABŞ-dan olan mühəndislər LSST teleskopu üçün 3,2 qiqapiksellik kameranın yığılmasını başa çatdırıblar. Bu kamera dünyanın ən güclü aparatı olacaq və elm adamlarına Kainatın qaranlıq hissələrindən ən aydın və ətraflı foto və videomateriallar əldə etməyə imkan verəcək.

AZƏRTAC “Space.com” saytına istinadla xəbər verir ki, yeni kamera o qədər detallı şəkillər çəkə bilir ki, siz onun vasitəsilə 25 kilometr uzaqlıqda qolf topunu belə görə bilərsiniz. Üstəlik, o, Ayın diametrindən bir neçə dəfə böyük olan geniş kosmos sahələrini əhatə edə bilər.

ABŞ-ın SLAC Milli Sürətləndirici Laboratoriyasının professoru Aaron Rudman deyir: “Bu kamera bizə milyardlarla ulduz və qalaktikaları görməyə, Kainatın sirlərini açmağa imkan verəcək”.

Hazırlanmış kamera nəhəng bir cihazdır. Onun çəkisi təxminən 3 tondur və ölçüsünə görə minik avtomobili ilə müqayisə edilə bilər. Kameranın ön obyektivinin diametri rekord ölşüdə – 1,5 metrdir, sensoru isə 201 CCD massivindən ibarətdir.

Bu kameranın yaradılması prosesi 20 ildən çox davam edib. Alimlər onun LSST teleskopunda quraşdırıldıqdan sonra ən azı 10 il işləyəcəyini gözləyirlər.

Astronomlar qeyd ediblər ki, bu kamera ilə əldə edilən məlumatlar elm adamlarına qaranlıq maddənin və qaranlıq enerjinin təbiətini öyrənmək, qalaktikaların işığı necə əydiyini müşahidə etmək, Günəş sistemindəki asteroidlərin daha dolğun kataloqunu tərtib etməkdə kömək edəcək.

Kameranın quraşdırılacağı LSST teleskopu ən böyük yerüstü araşdırma cihazıdır. O, səmanın nəhəng sahələrinin şəkillərini çəkməyə imkan verəcək rekord miqyasda baxış sahəsinə malikdir.

LSST teleskopunun hazırlanmasına 2015-ci ildə başlanılıb və 2025-ci ilə qədər tamamlanacağı gözlənilir.

 

 


Mənbə – https://azertag.az/

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir