İçeriğe geçmek için "Enter"a basın

Bakı Olimpiya Stadionunda "Qarabağ" və "Neftçi" amputant futbol komandalarının oyunu keçirilib Son xəbərlər


4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Gününü qeyd etmək məqsədilə Azərbaycan Minatəmizləmə Agentliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə Bakı Olimpiya Stadionunda “Qarabağ” və “Neftçi” amputant futbol komandalarının oyunu keçirilib.

Xatırladaq ki, amputasiya olunmuş şəxslərdən ibarət Azərbaycan milli komandası Avropa Amputant Futbol Federasiyasının təşkilatçılığı ilə 2023-cü ildə Şotlandiyada keçirilən Millətlər Liqasında D divizionunu 2-ci pillədə tamamlayaraq, 2024-cü ildə Fransada təşkil olunacaq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, Vətən müharibəsindən bugünədək 350 nəfər mina partlayışının qurbanı olub. 65 nəfər həlak olub, 285 şəxs xəsarət alıb. Ümumilikdə Azərbaycanda mina qurbanlarının sayı 3429 nəfər təşkil edir. Onlardan 595-i həyatını itirib. 3429 zərərçəkənlərdən 357-si uşaq və gənc, 38-i qadınlardır.




Mənbə – Report.az

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir