İçeriğe geçmek için "Enter"a basın

Brüsseldə NATO-nun 75 illik yubileyi qeyd olunacaq Son xəbərlər


Brüsseldə NATO-nun 75 illik yubileyi qeyd olunacaq

Bakı, 4 aprel, AZƏRTAC

NATO 2024-cü ildə Kollektiv Müdafiə Alyansının qurulmasının 75-ci ildönümünü qeyd edəcək.

AZƏRTAC xəbər verir ki, NATO-nun ildönümü aprelin 4-də alyansın Brüsseldəki mənzil-qərargahında və təsis müqaviləsinin imzalandığı Vaşinqtonda iyulun 9-11-də qeyd olunacaq. Bu gün Brüsseldə keçiriləcək tədbirdə alyansa üzv ölkələrin xarici işlər nazirləri, o cümlədən ABŞ dövlət katibi Entoni Blinken iştirak edəcək.

Tədbirdə NATO-nun Baş katibi Yens Stoltenberq simvolik şokoladlı tort kəsəcək, Belçika Hərbi Hava Qüvvələrinin və Niderland Hərbi Dəniz Qüvvələrinin orkestrləri NATO himnini – “Esprit de Corps”u və Stiven Spilberqin II Dünya müharibəsindən bəhs edən “Silah qardaşları” filmindən musiqiləri səsləndirəcək.

Qeyd edək ki, təsis edildiyi 1949-cu il aprelin 4-dən bəri alyans ölkələrinin sayı 12-dən 32-dək genişlənib.


Mənbə – https://azertag.az/

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir