İçeriğe geçmek için "Enter"a basın

İbrahim Tatlıses nəvəsinə qarşı açdığı iddianı qazandı: “Məndən dəlilik sənədi istədilər” – FOTO Son xəbərlər



Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur türkiyəli müğənni İbrahim Tatlıses övladı Ahmet Tatlısesin oğlu Mert Tatlısesin onun razılığı olmadan 6 il mənzilini zəbt etdiyi iddiası ilə ona qarşı açdığı iddianı qazanıb.

Məhkəmə Mert Tatlısesin mənzili haqsız yerə zəbt etməsinin qarşısının alınmasına qərar verib, həmçinin ona haqsız zəbt etməyə görə 370 min 246 lirə (təxminən 19,7 min manat) təzminat təyin edib.

Məsələ ilə bağlı “Söylemesem olmaz” verilişində danışan Tatlıses oğlunun onun barəsində – “O, əqli cəhətdən sağlam deyil, ona qəyyum təyin olunmalıdır”, – deyərək, məhkəməyə müraciət etdiyini bildirib.

Müğənni qaldırılan iddiadan sonra əqli cəhətdən sağlam olduğunu sübut etmək üçün 7 fərqli quruma müraciət etdiyini və Ege Universitetindən sağlamlıq barədə arayış aldığını deyib.

“Uşaqlarımın o evdə qalmasını istəmirəm, çünki onlara bu hesabatı verdiyimə görə peşmanam və onların məni dəli olaraq görmələrinə tab gətirə bilmirəm. Daha doğrusu, mənim övladım da deyil, övladımın övladıdır. Mən bütün uşaqlarıma baxıram. Bütün övladlarıma ev verir və xərclərini qarşılayıram. Mən dəliyəmsə, o da öz övladının xərclərini qarşılasın”, – deyə Tatlıses giley edib.

Mənbə: Haber Global


Mənbə – Oxu.az

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir