İçeriğe geçmek için "Enter"a basın

Paris Ukrayna üzrə Rusiya ilə dialoqa hazır olduğunu nümayiş etdirməyib Son xəbərlər



Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa müdafiə naziri Sebastyan Lekornyu ilə rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı zamanı Paris Moskvada iddia edildiyi kimi, İstanbul razılaşmaları əsasında Ukrayna üzrə dialoqa hazırlıq nümayiş etdirməyib.

Bu barədə “Reuters” və AFP Fransa hökumətindəki mənbənin sözlərinə istinadən məlumat yayıb.

“Reuters”in mənbəsinin sözlərinə görə, Fransanın təşəbbüsü ilə baş tutan telefon danışığında əsasən artan terror təhlükəsi müzakirə olub.

AFP də məlumatlı mənbəyə istinadən bildirib ki, Fransa münaqişə ilə bağlı heç nə qəbul etməyib və ya təklif etməyib.

Qeyd edək ki, aprelin 3-də Fransa və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub. Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, söhbət əsnasında tərəflərin Ukrayna üzrə dialoqa hazır olduqları qeyd olunub.

“Başlanğıc nöqtələri İstanbul Sülh Təşəbbüsünə əsaslana bilər. Rusiyanın iştirakı olmadan Cenevrədə görüşün keçirilməsi mənasızdır”, – deyə Şoyqu və Lekornyu arasında aparılan danışıqlardan sonra verilən açıqlamada deyilib.

Rusiya MN danışıqların Parisin təcili tələbi ilə aparıldığını vurğulayıb.


Mənbə – Oxu.az

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir