İçeriğe geçmek için "Enter"a basın

Qaraciyər üçün ən faydalı Son xəbərlər



Qaraciyər qarın boşluğunun yuxarı sağ hissəsində yerləşən bədənin ən böyük orqanlarından biridir. Vitamin və mineralların saxlanması, qanın laxtalanması faktorlarının istehsalı, ferment və zülal sintezi, yağ və şəkərin saxlanması kimi bir çox həyati funksiyaları vardır.

Metbuat.az xarici mediaya istinadən qaraciyər sağlamlığına faydalı 3 qidanı təqdim edir:

Yaşıl çay – sağlamlığa faydaları baxımından çox qiymətli bir qidadır. Müntəzəm yaşıl çay içmək vərdişi olan fərdlərdə qaraciyər yağının, xüsusilə də spirtsiz qaraciyər yağının müalicəsinin əhəmiyyətli təsir göstərir.

Sarımsaq – Əsrlər boyu təbii antibiotik kimi tanınan sarımsaq qaraciyər sağlamlığı üçün də faydalıdır. Sarımsaq antioksidan və antiinflamatuar təsiri sayəsində qaraciyərin iltihabının qarşısını alır.

Üzüm – Qaraciyər üçün faydalı olan başqa bir qida olan üzümdə xüsusilə qırmızı və bənövşəyi növlərdə resveratrol adlı çox faydalı komponent var. Resveratrol, çox güclü antioksidantdır. Qaraciyər xərçəngi və qaraciyər iltihabı başda olmaqla bir çox xəstəliyə qarşı qorunma təmin edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.





Mənbə – https://metbuat.az/

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir