İçeriğe geçmek için "Enter"a basın

Lukaşenko ABŞ-nin başlıca səhvini AÇIQLADI Son xəbərlər



Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Birləşmiş Ştatlar eyni vaxtda bəyənmədiyi hər kəsə sürətli hücuma keçərək, itaətsiz Rusiyanı və özünün əsas düşməni Çini bir araya gətirməklə böyük səhv etdiyini başa düşdü”.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Ümumbelarus Xalq Məclisinin iclasında çıxışı zamanı deyib.

“ABŞ öz təzyiqi ilə bu iki dövləti – zəngin təbii ehtiyatlara, güclü hərbi-sənaye kompleksinə malik Rusiyanı və böyük iqtisadi, insan potensialına malik Çini bir araya gətirdi. Hazırda Ukrayna gələcək dünya nizamının taleyinin həll olunduğu sınaq meydanına çevrilib. Onun ərazisində dolayı yolla da olsa, ən böyük nüvə dövlətləri döyüşür. Ukrayna münaqişəsinin həlli köhnə birqütblü dünya nizamını xilas etməyəcək”, – deyə o qeyd edib.

Mənbə: TASS


Mənbə – Oxu.az

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir