İçeriğe geçmek için "Enter"a basın

Ağcabədidə dəm qazından zəhərlənən yeniyetmənin vəziyyəti ağırdır YENİLƏNİB Son xəbərlər


Ağcabədidə dəm qazından zəhərlənən yeniyetmənin vəziyyəti ağırdır YENİLƏNİB

Ağcabədi, 15 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağcabədidə dəm qazından zəhərlənən yeniyetmənin vəziyyəti ağırdır.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, mayın 15-də saat 07:00 radələrində 2007-ci il təvəllüdlü yeniyetmə dəm qazından zəhərlənmə şübhəsi ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Bölməsinə hospitalizasiya olunub. Yeniyetmənin vəziyyəti ağır olaraq qiymətləndirilir.

2010-cu il təvəllüdlü azyaşlının isə həkiməqədər ölüm halı qeydə alınıb.

14:07

Ağcabədidə dəm qazından zəhərlənən 2 azyaşlıdan biri həyatını itirib. Hadisə Ağcabədi rayon Boyat kəndində qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Boyat kənd sakinləri Hümbətov Emil Emin oğlu və bacısı Hümbətova Filiz Emin qızı dəm qazından zəhərləniblər. Zəhərlənmə nəticəsində Emil Hümbətov dünyasını dəyişib. Filiz Hümbətova isə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.


Mənbə – https://azertag.az/

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir