İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan hokkeyçisi: Ölkəmiz adına qızıl medal qazandığımız üçün sevincliyik Son xəbərlər



Azərbaycan adına qızıl medal qazandığımız üçün sevincliyik.

Hokkeyçi Tatarıstanın paytaxtı Kazanda iştirak etdikəri İslam ölkələri arasında “Orxis Cup” beynəlxalq turnirində qızıl medal qazanmaqları barədə danışıb: ”Yer aldığımız B Liqasında 3 oyun keçirdik və hamısını qələbə ilə başa vurduq. Növbəti ildə A Liqasında çıxış edəcəyik. Bəhreyn yığması ilə iki dəfə qarşılaşdıq. Çünki bizimlə eyni liqada yer alan Pakistan hokkeyçiləri viza problemini həll edə bilmədikləri üçün turnirə qatıla bilmədilər”.

A.Naxçıvani “Baku Flames”in fəaliyyətindən danışıb: “Biz yarışlarda həvəskar kollektiv kimi çıxış edirik. Komandamızın heyətində bir neçə azərbaycanlı və ölkəmizdə yaşayan əcnəbi idmançılar yer alıblar. Həftədə 3 dəfə olmaqla məşqlərimizi Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirik”.

Qeyd edək ki, “Baku Flames” Tatarıstanın paytaxtı Kazanda İslam ölkələri arasında keçirilən “Orxis Cup” beynəlxalq turnirində yer aldığı B Liqasının qalibi olub. Komanda İrana (11:6), iki dəfə (8:3, 7:3) isə Bəhreynə qalib gəlib.




Mənbə – Report.az

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir