İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan və Belarus antiinhisar orqanları təcrübə mübadiləsi aparacaq Son xəbərlər


Azərbaycan və Belarus antiinhisar orqanları arasında əməkdaşlıq məsələləri və müvafiq sahələr üzrə qarşılıqlı təcrübə mübadiləsi imkanları müzakirə edilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Belarus antiinhisar tənzimləmə və ticarət naziri Aleksey İqoreviç Boqdanov arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı rəqabət, antiinhisar siyasəti, dövlət satınalmaları və istehlakçı hüquqlarının müdafiəsi sahələrində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də müvafiq istiqamətlər üzrə qarşılıqlı təcrübə mübadiləsi imkanları müzakirə edilib.

Görüşdə həmçinin bu ilin iyulun 1-dən qüvvəyə minəcək Rəqabət Məcəlləsi, o cümlədən ilin əvvəlindən etibarən tətbiqinə başlanılan “Dövlət satınalmaları haqqında” yeni Qanun barədə geniş məlumat verilib, rəqabət sahəsində xidmətlərin rəqəmsallaşdırılması istiqamətində atılan addımlardan bəhs edilib.

Tərəflər biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması məqsədilə hər iki ölkədə həyata keçirilən antiinhisar nəzarəti və haqsız rəqabətə qarşı mübarizə sahəsində dövlət siyasəti barədə fikir mübadiləsi aparıblar. Həmçinin rəqabətin təşviqi, müvafiq sahədə qanunvericiliyin tətbiqi, reklam fəaliyyətinə dövlət nəzarətinin təşkili və istehlakçı hüquqlarının müdafiəsi sahələri üzrə əməkdaşlıq məsələləri də geniş müzakirə edilib.




Mənbə – Report.az

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir