İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanla Belarus arasında qida təhlükəsizliyi ekvivalenti sistemi ilə bağlı ilkin razılıq əldə olunub Son xəbərlər


Azərbaycanla Belarus arasında qida təhlükəsizliyi ekvivalenti sistemi ilə bağlı ilkin razılıq əldə olunub

Bakı, 15 may, AZƏRTAC

Azərbaycanla Belarus arasında ət-ət məhsulları, süd-süd məhsulları ilə əlaqədar Qida Təhlükəsizliyi Sisteminin ekvivalenti kimi tanınması barədə ilkin razılıq əldə olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Belarusun kənd təsərrüfatı və ərzaq naziri Sergey Bartoşla görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

“Bizim həmkarlar Belarusda istehsal olunan baytarlıq preparatları ilə də yaxından tanış olurlar. Hazırda həmkarlarımızla bir ekspert qrupunun yaradılması qərarına gəlmişik. Həmin ekspert qrupu bir müddət araşdırdıqdan sonra artıq qərar veriləcək ki, Azərbaycanda da baytarlıq preparatlarının istehsalı hansı istiqamətdə həyata keçirilsin”, – deyə Qoşqar Təhməzli bildirib.

Belaruslu həmkarlarla görüşdən bəhs edən Qoşqar Təhməzli qeyd edib ki, bu gün Belaruslu həmkarları ilə ətraflı müzakirələr aparılıb: “Müzakirələr əsasən məhsulların keyfiyyəti və təhlükəsizlik göstəriciləri üzrə dövlət nəzarətinin gücləndirilməsi ilə əlaqədardır. Belə ki, Belarus Respublikasından Azərbaycana yüksək riskli məhsullar idxal olunur ki, bunlar ət və ət məhsulları, süd və süd məhsulları, balıqçılıq və quşçuluq sektorundan olan məhsullardır. Bununla əlaqədar biz həmkarlarımızla həmin məhsullar üzərində dövlət nəzarətinin gücləndirilməsi barəsində ətraflı müzakirələr apardıq”.

Q.Təhməzli əlavə edib ki, Belarusdan olan həmkarlar Azərbaycanda laboratoriyalar və Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyəti ilə yaxından tanış olublar. Onun sözlərinə görə, hazırda qida təhlükəsizliyi institutu bu sektorda regionda ən peşəkar və təchizatlı beynəlxalq akkreditasiyadan keçmiş laboratoriyalara malik institutdur.

“İnstitut həm xüsusi təhlükəli xəstəliklərin, həm bitki mənşəli məhsulların, həm də qida məhsullarının bütün göstəricilərinə görə ekspertizasını həyata keçirə bilir”, – deyə Q.Təhməzli vurğulayıb.


Mənbə – https://azertag.az/

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir