İçeriğe geçmek için "Enter"a basın

“Biznesin müflisləşməsi” üzrə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair yeni təşəbbüslərin təqdimatı keçirilib Son xəbərlər


Bakı, 15 may, AZƏRTAC

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi Qrupunun növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və nazirlik yanında Dövlət Vergi Xidməti, Mərkəzi Bankın təmsilçiləri, İşçi Qrupunun rəhbəri və digər üzvləri, Dünya Bankı tərəfindən cəlb olunmuş ekspertlər iştirak ediblər.

Tədbirdə çıxış edən Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev və “Biznesin müflisləşməsi” İşçi Qrupunun rəhbəri Ramin Qaraqurbanlı biznesin müflisləşməsi sahəsində ən son islahatlar barədə məlumat veriblər.

İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin müdir müavini Nuranə Abbasova “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun, həmin qanunun biznes mühitinə müsbət təsiri barədə çıxışında bildirib ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununda qiymətləndirmə fəaliyyətinin özünə intellektuallıq və peşəkarlıq tələb edən fəaliyyət növü kimi baxılması bu sahənin inkişaf etdirilməsinə və sağlam rəqabətin yaranmasına təkan verəcək. Eyni zamanda, qanunun tətbiqi nəticəsində qiymətləndirmə prosesləri zamanı obyektin dəyərinin onun qiymətində real və düzgün əks etdirilməsi ilə tərəflər arasında mübahisəli hallar minimuma enəcək, müvafiq əməliyyatlarla bağlı sahibkarların əlavə vaxt itkisi aradan qalxacaq.

İclasda komissiyanın rəhbəri tərəfindən mayın 14-də təsdiq edilmiş “Biznesin müflisləşməsi” indikatoru üzrə müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair cari il üzrə Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası, o cümlədən müflisləşmə sahəsində normativ hüquqi bazanın keyfiyyəti, beynəlxalq məhkəmə qərarlarının tanınması, hakimlərin və vəkillərin ixtisaslaşması, onların biliklərinin artırılması, məhkəmə fəaliyyətinin elektronlaşdırılması, müflisləşmə icraatı (prosedurları) üzrə xidmətlərin qarşılıqlı fəaliyyəti və müvafiq sahədə informasiyanın ictimai əlçatanlığı, kommunikasiya və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Həmçinin Yol Xəritəsinin 1.1-ci bəndi ilə beynəlxalq təcrübə və müasir çağırışlar nəzərə alınmaqla təşəbbüs olunan “Müflisləşmə və sağlamlaşdırma haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı konseptual prinsiplər, əmlak inzibatçılarının statusu, səlahiyyətləri, hüquqları və vəzifələri, onların reyestrinin aparılması, prosesdə iştirakı və başqa əlaqəli məsələlər müzakirə olunub, bununla bağlı beynəlxalq ekspertlərin tövsiyələri dinlənilib.

Sonda müzakirə olunan məsələlərlə bağlı maraq doğuran suallara aydınlıq gətirilib.

Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi Qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir.

 


Mənbə – https://azertag.az/

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir