İçeriğe geçmek için "Enter"a basın

FHN-in Cənub Regional Mərkəzi Lənkəranda birgə nəzəri-praktiki tədbir keçirib Son xəbərlər


FHN-nin Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Lənkəran Peşə Liseyində “Fövqəlada hallarda özünü necə aparmalı” və “Yanğın təhlükəsizliyi qaydalarına əməl etmək, həyat fəaliyyətinin təhlükəsizliyinin qarantıdır” mövzusunda nəzəri-praktiki tədbir keçirib.

Sonra keçirilən sərgidə tədbir iştirakçılarına yanğınsöndürmə, xüsusi xilasetmə və təcili tibbi yardım avtomobillərində olan xilasetmə avadanlıqlarından, yanğınsöndürmə və təcili tibbi yardım vasitələrindən istifadə qaydaları haqqında ətraflı məlumat verilib. Daha sonra davam etdirilən praktiki hissə çərçivəsində FHN – nin “112” qaynar telefon xəttinə daxil olan şərti yanğın barədə məlumat əsasında tədbirə cəlb olunan qurumların qüvvələri ilə qarşılıqlı fəaliyyətdə peşə liseyinin müəllim və şagird heyətinin “təhlükəli ərazidən” təxliyyə edilməsi, onlara təxirəsalınmaz ilkin tibbi yardımın göstərilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması, xilasetmə və “yanğının söndürülməsi” əməliyyatları yerinə yetirilib.




Mənbə – Report.az

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir