İçeriğe geçmek için "Enter"a basın

“Gənc istedadlar” liseyində təlim: İmtahan stresinin aradan qaldırılması Son xəbərlər


Bakı, 15 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində “İmtahan stresinin aradan qaldırılması” adlı təlim keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, təlim zamanı Psixoloji yardım sektorunun psixoloqu Natəvan Həsənzadə və “Gənc istedadlar” liseyinin psixoloqu Əsmər Mehdiyeva şagirdləri stresin həyatımıza təsiri və onu aradan qaldırmaq yolları barədə məlumatlandırıblar. Şagirdlərə stresin əlamətləri, bu zaman davranış qaydaları izah olunub. Stresi, tənəffüs və əzələ gərginliyini aradan qaldırmaq üçün praktik çalışmalar edilib.

Təlimin sonunda “Stres menecment” adlı videoçarx nümayiş olunub, şagirdlərin sualları cavablandırılıb.


Mənbə – https://azertag.az/

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir