İçeriğe geçmek için "Enter"a basın

Karyerasını bitirən Azərbaycan güləşçisi: Mənə Ermənistan idmançılarının qənimi kimi baxırdılar Son xəbərlər



Mənə Ermənistan güləşçilərinin qənimi kimi baxırdılar.

Avropa ikincisi və dünya üçüncüsü olan idmançı karyerasında unuda bilmədiyi görüşlər barədə danışıb: “Karyeram ərzində unuda bilmədiyim çox görüşlər olub. Lakin mənim Ermənistan idmançıları ilə mübarizələrim xüsusi maraq kəsb edib. 5 il əvvəl Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında ilk medalımı əldə etmişdim. Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında da Ermənistan idmançısına qalib gəlmişdim. Həmin vaxt cəbhədə gərginlik var idi və mənim qazandığım qələbə ölkəmiz üçün sevindirici hal oldu. Bundan sonra mənə Azərbaycanda xüsusi rəğbət bəslənildi. Mənə Ermənistan güləşçilərinin qənimi kimi baxırdılar”.

O, idmançı karyerasını başa vurmaq qərarını çətin verdiyini söyləyib: “İdmançı karyeramı başa vurmağım ağır gəlir, gözlərim dolur. Güləş mənə həyatda mərdliyi, düzgünlüyü, daha tez böyüməyi və sağlam yaşamağı öyrətdi. Bu idman növünə görə mən başqa sahədə çalışmadım. Amma bir tərəfdən sevinirəm. Çünki artıq yeni güləşçilər yetişdirəcəm və onları dünya və Avropa çempionatlarında qalib olduqca mənə çox xoş təsir bağışlayacaq”.

34 yaşlı güləşçi bu qərarı verməsinin səbəblərini açıqlayıb: “Karyeramı başa vurmağımda yaş amili önəm daşımırdı. 8 ay öncə ağır əməliyyat keçirdim. Düşündüm ki, tez sağalsam, dünya və Avropa çempionatlarında çıxış edib, lisenziya xarakterli turnirlərdə yer alaram və Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanaram. Lakin sağalma prosesi uzandı və heç biri alınmadı. İndiki vəziyyətdə iştirak edəcəyim heç bir yarış qalmadı”.

T.Məmmədov hazırda fərdi olaraq gənc və yeniyetmə güləşçilərə məşqlər keçdiyini bildirib: “Bu qərarı verməyimi sürətləndirən digər səbəb isə güləşi sevməyə başlayan gənclər, yeniyətmələrdir. Yaşadığım ərazidə mənə görə güləşi sevənlər çoxluq təşkil edir. Hazırda kiçik bir zalda gənclərə güləşin sirlərini öyrədirəm. Paris-2024 Yay Olimpiya Oyunları başa çatdıqdan sonra rəhbərliyə müraciət edəcəm. İnanıram ki, aşağı yaş qruplarından birində məşqçi kimi fəaliyyətimi davam etdirəcəm. Bir çox yarışların iştirakçısı və mükafatçısı olmuşam. Bir çox ölkələrdə təlim-məşq toplanışlarında yer almışam. Hər halda, rəhbərliyimiz bunları bilir və yüksək səviyyədə qiymətləndirəcək. Hər zaman ölkəmə xidmət etməyə hazıram”.

Azərbaycan millisinin sabiq üzvü karyerası ərzində mükafatlarının daha çox ola biləcəyini, lakin müxtəlif səbəblərə görə bunun baş vermədiyini deyib: “Avropa və dünya çempionatında daha çox medallarım ola bilərdi. Hətta Yay Olimpia Oyunlarının belə qalibi ola bilərdim. Əvvəlki dövrlərdə bəzi məşqçilər qarşımı kəsdilər, haqqımı yedilər. Onlara görə uğur qazana bilmədim. Həsən Əliyev, Aleksandr Tarakanov və Rövşən Bayramov kimi məşqçilər mənə dəstək olublar. Onların sayəsində uğurlu addımlar atdım”.




Mənbə – Report.az

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir