İçeriğe geçmek için "Enter"a basın

Məhəmməd Füzuli: dövrü və mühiti – dəyirmi masa Son xəbərlər


Bakı, 15 may, AZƏRTAC

Mayın 15-də AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Azərbaycanın XV-XVIII əsrlər tarixi şöbəsinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Məhəmməd Füzuli: dövrü və mühiti” mövzusunda keçirilən tədbirdə çıxış edən şöbə müdiri tarix elmləri doktoru Tofiq Nəcəfli Məhəmməd Füzuli ədəbi irsinin aktuallığına diqqət çəkib. O, “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Prezident İlham Əliyevin 2024-cü il 25 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində bir çox tədbirlərin, layihələrin həyata keçirildiyini bildirib.

T. Nəcəfli Məhəmməd Füzulinin yaradıcılığından nümunələr gətirərək bunların konkret tarixi hadisələrlə, proseslərlə bağlı olduğunu deyib.

Sonra Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri professor Şahin Fərzəliyev “Füzulinin qəzəllərinə yazdığım təzmin və təxmislər” adlı məruzə ilə çıxış edib.

Dəyirmi masada, həmçinin “Azərbaycan ədəbiyyatının Məhəmməd Füzuli zirvəsinə aparan tarixi yoluna baxış”, “Füzulinin həyat və yaradıcılığı Qərb tədqiqatçılarının əsərlərində” mövzularında məruzələr dinlənilib və müzakirələr aparılıb.


Mənbə – https://azertag.az/

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir