İçeriğe geçmek için "Enter"a basın

Təhsil İnstitutu və Özbəkistanın Milli Tədqiqat İnstitutu əməkdaşlığa başlayır Son xəbərlər


Bakı, 15 may, AZƏRTAC

Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə Özbəkistan Respublikasının Milli Tədqiqat İnstitutu arasında memorandum imzalanıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar keçirilən görüşdə tərəflər qurumların fəaliyyət istiqamətləri, prioritet məsələlər, eləcə də təcrübə mübadiləsi və mümkün əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Qeyd edək ki, memorandum çərçivəsində pedaqoji təcrübə mübadiləsi, akademik və elmi əlaqələrin qurulması, mütəxəssislərin yüksəkkeyfiyyətli peşəkar hazırlığının və ixtisasının artırılması sahəsində uzunmüddətli əməkdaşlıq nəzərdə tutulub.


Mənbə – https://azertag.az/

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir