İçeriğe geçmek için "Enter"a basın

Talassemiyalı uşaqlara qarşı bir milyon manatlıq dələduzluqla bağlı yeni İDDİA Son xəbərlər



Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakim Azad Məcidov məhkəməyə iki mülki iddia daxil olduğunu elan edib.

Məhkəməyə mülki iddia ilə müraciət edən Günay Ağayeva uşağının müalicəsi üçün xalqdan dəstək alaraq yığdığı 25 min manatı tələb edib. Digər müraciət edən Nərgiz Mahmudova isə ona dəymiş doqquz min manat ziyanın ödənməsini istəyib.

Daha sonra hakim təqsirləndirilən Aynur Bayramovanın qızı Əsmər Əlizadə adından məhkəməyə ərizə daxil olduğunu elan edib. Azad Məcidov ərizə barədə bunları deyib:

“Ərizədə məni tənqid etmisiniz, lap yaxşı. Yazmısınız ki, yuxarı dairələrə müraciət etmisiniz. Bəs ərizədə niyə ananızın tutulma səbəbini yazmamısınız?”

Daha sonra təqsirləndirilən Aynur Bayramovanın vəkili Elnur Quliyev onun ev dustaqlığına buraxılmasını istəyib. Bundan başqa, iş üzrə məhkəməyə baxılması üçün disk təqdim edib. Vəkil hakimlərdən xahiş edib ki, diski izlədikdən sonra vəsatətə baxılsın.

Digər təqsirləndirilən Nuridə Seyidovanın vəkili isə məhkəmədən vəsatətin təmin edilməsini xahiş edib.

Müşavirədən sonra ev dustaqlığı ilə bağlı vəsatətin təmin edilmədiyi açıqlanıb.

Vəkilin məhkəməyə təqdim etdiyi diskə isə sənədlərin tədqiqi mərhələsində baxılacağı elan edilib.

A.Bayramovanın digər vəkili məhkəmənin düzgün aparılmadığını bildirib, hakimlərə etiraz edib.

Verilən etiraz qəbul edilməyib.

Sonda iş üzrə zərərçəkmiş Aysel Abdullayeva mülki iddia ilə çıxış edib. Zərərçəkən ona dəymiş 20 900 manat və mənəvi ziyan kimi isə səkkiz min manat pulu təqsirləndirilən Aynur Bayramovadan tələb edib. Mülki iddia icraata götürülüb.

Proses mayın 29-da davam etdiriləcək.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı ötən ilin fevral ayında daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova adlı şəxs Aysel Məmmədova adlı qadınla əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlıq dələduzluq edib. Nuriyə Seyidova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.


Mənbə – Oxu.az

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir