İçeriğe geçmek için "Enter"a basın

25 min məcburi köçkünün “çörəkpulu” kəsilib? – AÇIQLAMA Son xəbərlər



Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir qrup məcburi köçkünə verilən aylıq sosial müavinət dayandırılıb.

Bu barədə Yenisabah.az-a Füzuli rayonunun Horadiz qəsəbəsində yaşayan sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, el arasında “çörəkpulu” deyilən sosial müavinətin verilməsi may ayından etibarən dayandırılıb.

Bununla bağlı sakinlərə rəsmi qaydada xəbərdarlıq edilib.

Müvafiq dövlət qurumundan bildirilib ki, bu qərar Füzuli rayonunun işğal altında olmayan ərazilərinin sakinlərinə şamil edilib.

Sosial müavinəti kəsilən keçmiş məcburi köçkünlərin sayının 25 min nəfər olduğu bildirilib.

Onlar hazırda Füzuli rayonunun 22 kəndində və Horadiz qəsəbəsində yaşayırlar.

Bu qərarın şəhid ailələri və müharibə əlillərinə şamil edilib-edilməyəcəyi ilə bağlı hər hansı məlumat verilməyib.


Mənbə – Oxu.az

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir