İçeriğe geçmek için "Enter"a basın

“Anadolu Ankası – 2024” təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib Son xəbərlər


Bakı, 16 may, AZƏRTAC

Türkiyənin Konya şəhərində “Anadolu Ankası – 2024” (“Anatolian Phoenix – 2024”) beynəlxalq axtarış-xilasetmə təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Azərbaycan Hərbi Hava Qüvvələrinin, Hərbi Dəniz Qüvvələrinin və Azərbaycanın Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri iştirak ediblər.

Əvvəlcə iştirakçılara təlimin gedişatı, qarşıda duran tapşırıqların məqsədi və yerinə yetirilməsi barədə statistik məlumatlar, eləcə də beynəlxalq təlimə həsr edilmiş qısametrajlı videogörüntü təqdim olunub.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra təlim poliqonunda “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təliminə cəlb edilən iştirakçılar tərəfindən müxtəlif epizodların praktiki icrası media nümayəndələri və qonaqlar tərəfindən maraqla izlənilib.


Mənbə – https://azertag.az/

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir