İçeriğe geçmek için "Enter"a basın

Anar Ağayev: Finaldan gözləntilərim ancaq qələbədir Son xəbərlər



Finaldan gözləntilərim ancaq qələbədir

“Böyük bir sevinc hissi ilə bu məlumatı sizinlə paylaşıram. “Yeni dalğa” müsabiqəsinin finalçıları arasında yer tutmuşam. Bu mənim üçün böyük bir nailiyyətdir. Ümumilikdə minə yaxın ərizələr verilmişdi. Seçilmiş 13 finalçıdan biri olmaq mənə nəsib oldu. Bu, qürurverici bir hissdir”, – o deyib.

O vurğulayıb ki, “finaldan gözləntilərim ancaq qələbədir”:

“Yarımfinalda Mikayıl Vəkilovun mahnılarını səsləndirdim. Düşünürəm ki, bu, Azərbaycan musiqisi üçün mühümdür, çünki beynəlxalq arenada məhz öz bəstəkarlarımızın mahnıları səslənir. Azərbaycan musiqisini bütün dünyada tanıtdırmaq üçün əlimdən gələni edəcəyəm”.

Xatırladaq ki, Moskvada keçirilən gənc populyar musiqi ifaçılarının Beynəlxalq “Yeni dalğa 2024” müsabiqəsinin yarımfinalında uğurla çıxış edən azərbaycanlı müğənni Anar Ağayev vətənə qayıdıb.

Qeyd edək ki, Anar Ağayev “Bakı Payızı 2023” milli müsabiqəsinin qalibidir.




Mənbə – Report.az

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir