İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan I Liqasında çempion bu gün müəyyənləşə bilər Son xəbərlər


Bu gün futbol üzrə Azərbaycan I Liqasında cari mövsümün çempionu müəyyənləşə bilər.

“Qaradağ Lökbatan” klubu evdə Şamaxının eyniadlı təmsilçisini qəbul edəcək. Digər görüşdə “İmişli” səfərdə “Araz Saatlı”nın qonağı olacaq. Hər iki oyun saat 17.00-da başlayacaq.

Çempionluq şansları daha çox olan lökbatanlılar “Şamaxı”nı məğlub edəcəkləri təqdirdə cari mövsümün qalibi adını qazanacaq.

Qeyd edək ki, hazırda “Qaradağ Lökbatan” 53 xalla turnir cədvəlinə başçılıq edir. “Şamaxı” 51 xalla ikinci, “İmişli” isə 47 xalla üçüncüdür.




Mənbə – Report.az

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir