İçeriğe geçmek için "Enter"a basın

“Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir” – Son xəbərlər



“Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir”.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ile birgə mətbuat konfransı zamanı bildirib.

“Biz inanırıq ki, bu iki ölkə sonda əsl sülh razılaşmasına nail olacaq”, – deyə Ərdoğan qeyd edib.

Dövlət başçısı Bakı-Tbilisi-Qars dəmir yolunun yenidən işə salınmasından da danışıb.

“Biz tarixi İpək Yolunu relslər üzərində canlandıran orta dəhlizin onurğa sütunu olan Bakı-Tbilisi-Qars dəmir yolunun yenidən işə salınması istiqamətində işlərimizi davam etdiririk. Türkiyə-Gürcüstan əlaqələrinin mühüm sütununu regional əməkdaşlıq layihələri təşkil edir. Biz nəqliyyat və enerji layihələri üzərində işləmək istəyimizi təsdiq etdik”, – deyə Ərdoğan bəyan edib.

İrakli Kobaxidze isə bildiirb ki, Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı həqiqətən vacibdir.

“Müxtəlif strateji layihələri müzakirə etdik. Bu sahədə də strateji tərəfdaşlığımızı inkişaf etdirmək çox vacibdir”, – Kobaxidze deyib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.





Mənbə – https://metbuat.az/

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir