İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib Son xəbərlər


Bu ilin mayın 15-də Riqanın simvolları arasında yer alan məşhur tarixi-memarlıq abidəsi “Qara Başlar Evi”ndə Azərbaycanın Latviyadakı Səfirliyi tərəfindən 28 May – Müstəqillik Günü və Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib.

E.Sultanov Azərbaycan xalqının Ümumilli Lideri, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan xalqı dövrün mürəkkəb sınaqlarından uğurla çıxdığını və ölkənin milli inkişaf strategiyasının əsasları qoyularaq uğurla həyata keçirildiyini bildirib.

O, 2020-ci ildə Vətən Müharibəsi və 2023-cü ildə antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu tərəfindən ölkəmizin öz ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyini və Azərbaycan dövlət bayrağının ölkənin bütün ərazisində qürurla dalğalandğını diqqətə çatdırıb.

Səfir Azərbaycanın postmünaqişə dövründə sülh təşəbbüsləri, COP29-a ev sahibliyi, “yaşıl” gündəliyi, Avropa enerji təhlükəsizliyinə töhfəsi, trans-regional nəqliyyat layihələrinin həyata keçirilməsində rolu, mədəniyyətlər və dinlər arasında dialoqun təşviqi barədə məlumat verib. O, bu il Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyinin qeyd olunduğunu bildirərək Heydər Əliyevin 1994-cü ildə Prezident olduğu dövrdə iki ölkə arasında diplomatik əlaqələrin qurulduğunu və Ulu Öndərin Azərbaycan-Latviya münasibətlərinin banisi olduğunu diqqətə çatdırıb. Hazırda iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu bildirən E.Sultanov həyata keçirilən ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafına mühüm töhfə verdiyini vurğulayıb və müxtəlif sahələrdə uğurla həyata keçirilən ikitərəfli dialoq barədə bəhs edib.

Daha sonra Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Latviya tərəfindən həmsədri, kənd təsərrüfatı naziri Armands Krauze çıxış edib. O, 28 May – Müstəqillik Günü və Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyi münasibətilə səmimi təbriklərini çatdıraraq Azərbaycan və Latviya arasında dinamik inkişaf edən münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edib. O, keçən dövr ərzində həyata keçirilmiş və nəzərdə tutulan səfərlərin əhəmiyyətini qeyd edib və müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün geniş potensialın mövcud olduğunu qeyd edib.

A.Krauze Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi münasibətilə təbriklərini ifadə edərək Azərbaycanın regionda aparıcı rol oynadığını vurğulayıb.

Tədbir mədəni proqramla davam edib. Azərbaycan tar ustası Mircavid Cəfərov və pianoçu Elbəy Məmmədzadə tədbir qonaqları üçün Azərbaycan milli musiqi parçalarını ifa ediblər.

Tədbirdə, həmçinin Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə tərtib olunmuş, ali və yüksək səviyyədə keçirilmiş səfərlər, görüşlər və imzalanmış ikitərəfli sənədləri və ölkəmizin füsunkar təbiəti və zəngin mədəni irsini əks etdirən fotoşəkillərdən ibarət sərgi nümayiş olunub.

Tədbirdə Latviya Hökumətinin üzvləri, Seymin deputatları, Xarici İşlər Nazirliyinin, eləcə də digər dövlət qurumlarının yüksək səviyyəli rəsmiləri, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, yerli ictimai, akademik və mədəni dairələrin nümayəndələri və Latviyada yaşayan həmvətənlərimiz iştirak ediblər.

Sonda qonaqlara Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim edilib.

Qeyd olunmalıdır ki, rəsmi qəbuldan öncə Azərbaycan Respublikasının Latviyadakı Səfirliyi və “Azərxalça” ASC-nin təşkilatçılığı ilə Riqada ilk dəfə Dekorativ İncəsənət və Dizayn Muzeyində Azərbaycan xalçalarının “Yaddaşın genetik kodu. Azərbaycan xalçaları” adlı sərginin açılış mərasimi keçirilib.




Mənbə – Report.az

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir