İçeriğe geçmek için "Enter"a basın

“Azərkosmos” rəsmisi: Azərbaycanda fövqəladə halları qabaqcadan təxmin etmək sahəsində sınaqlar uğurla baş tutub Son xəbərlər


“Azərkosmos” rəsmisi: Azərbaycanda fövqəladə halları qabaqcadan təxmin etmək sahəsində sınaqlar uğurla baş tutub

Bakı, 16 may, AZƏRTAC

“Azərkosmos”un İdarə Heyətinin sədr müavini Fuad Aslanov “GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində keçirilən “Redefining connectivity: future-ready networks architecture” (“Bağlantıların yenidən müəyyən edilməsi: gələcəyin şəbəkə arxitekturası”) sessiyasında çıxış edib.

AZƏRTAC xəbər verir ki, Fuad Aslanov təqdimatında “Azərkosmos”un nailiyyətləri, ümumi peyk kommunikasiyasına baxış, telekom peyklərinin imkanları ilə dənizdə, havada, ucqar ərazilərdə internetin verilməsi, böhran vəziyyətlərində mobil operatorlara şəbəkənin peyk vasitəsilə verilməsi haqqında danışıb. O qeyd edib ki, Azərbaycanda fövqəladə halları qabaqcadan təxmin etmək sahəsində sınaqlar uğurla baş tutub. O cümlədən, gələcəyin trendi olan “D2D” (birbaşa-cihaza) texnologiyası barədə məlumat verməklə onun peyklər üçün uzaq ərazilər və ya fövqəladə hallar zamanı birbaşa smartfon və ya planşet kimi istifadəçi cihazlar ilə əlaqə saxlanılmasının ideal olmasını bildirib.

“Azərkosmos” rəsmisi qeyd edib ki, Azərbaycanda fövqəladə halları qabaqcadan təxmin etmək sahəsində sınaqlar uğurla baş tutub.

Həmçinin bu il “GSMA M360 Eurasia 2024” konfransında “Microsoft”, “Google”, “Amazon Web Services”, “World Bank”, “Beeline”, “Vodafone Group”, “Turkcell”, “East Telecom” kimi beynəlxalq şirkətlər iştirak edib.


Mənbə – https://azertag.az/

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir