İçeriğe geçmek için "Enter"a basın

Bakıda dörd dost ağır qəzaya düşdü: Biri öldü Son xəbərlər


SİZİN REKLAM BURADA!
055 213 76 73

Ötən gecə Bakı şəhər Binəqədi rayonu Goradil qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, gecə saat 1 radələrində 1999-cu il təvəllüdlü Piruz İsa oğlu Məmmədovun idarə etdiyi “Mercedes-Benz C 320” markalı avtomobil yol kənarındakı evin daş hasarına çırpılıb.

Nəticədə ön oturacaqda əyləşmiş sərnişin, 2002-ci il təvəllüdlü Tofiq Azər oğlu Həsənov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Sürücü P.Məmmədov və digər sərnişinlər – 1998-ci il təvəllüdlü Orxan Fariz oğlu Piriyev və 1996-cı ildə anadan olmuş Allahverdi Sabir oğlu Aslanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Bildirilib ki, qəzaya düşən 4 gənc dost olublar.

BAKU.WS




Mənbə – baku.ws

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir