İçeriğe geçmek için "Enter"a basın

Bakıda yol polisi reyd keçirir – FOTOREPORTAJ Son xəbərlər


Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda ölkə ərazisində həyata keçirilən “Təmiz hava” aylığı çərçivəsində ətraf mühitin çirkləndirilməsi hallarına qarşı qabaqlayıcı tədbirlərin görülməsi və bu sahədə əhalinin maarifləndirilməsi işi davam edir.

Bu məqsədlə, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə Mərkəzində təşkil olunan növbəti tədbirdə mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olan avtonəqliyyat vasitələri aşkar edilərək onların sahibləri ilə izahedici söhbətlər aparılıb, avtomobilin texniki cəhətdən saz vəziyyətdə istismar etməsinin vacibliyi haqda onlara ətraflı məlumat verilib.

“Cəmiyyətin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə, bir daha sürücülərdən, fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edir, bu sahədə yol verilən qayda pozuntularının inzibati məsuliyyət yaratmasını onların nəzərinə çatdırırıq”, – deyə qurumdan bildirilib.

PhotoStock.az-ın sözügedən reyddən hazırladığı fotoreportajı təqdim edirik:

Daha çox şəkil burada: PhotoStock.az


Mənbə – Oxu.az

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir