İçeriğe geçmek için "Enter"a basın

Bu il Azərbaycan 7 milyon tona yaxın neft ixrac edib Son xəbərlər



Bu ilin yanvar-aprel aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 6 milyon 928 min 455,79 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

Məlumata görə, ötən 4 ay ərzində Azərbaycandan ixrac edilən xam neftin dəyəri 4 milyard 364 milyon 589,72 min ABŞ dolları təşkil edib.

Hesabat dövrü ərzində ixrac edilən xam neftin həcmi 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 25 %, dəyəri isə 23,6 % azdır.

Bu il Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının payı 53,43 % olub.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 13 milyard 633 milyon 364,7 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 8 milyard 168 milyon 591,68 min ABŞ dolları ixracın, 5 milyard 464 milyon 773,02 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,1 % az, idxal isə 3,1 % çoxdur.




Mənbə – Report.az

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir