İçeriğe geçmek için "Enter"a basın

Dostları ilə düşdüyü qəzada ölən Tofiq – Son xəbərlər



Ötən gecə Bakı şəhər Binəqədi rayonu Goradil qəsəbəsində ağır yol qəzası baş verib.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, gecə saat 01 radələrində 1999-cu il təvəllüdlü Məmmədov Piruz İsa oğlunun idarə etdiyi “Mercedes Benz C 320” markalı avtomobil yol kənarındakı evin daş hasarına çırpılıb.

Nəticədə ön oturacaqda əyləşmiş sərnişin, 2002-ci il təvəllüdlü Həsənov Tofiq Azər oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Sürücü P.Məmmədov və digər sərnişinlər – 1998-ci il təvəllüdlü Piriyev Orxan Fariz oğlu və 1996-cı ildə anadan olmuş Aslanov Allahverdi Sabir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Binəqədi RPİ-də cinayət işi başlanılıb.

Bildirilir ki, qəzaya düşən 4 gənc dost olublar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.





Mənbə – https://metbuat.az/

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir