İçeriğe geçmek için "Enter"a basın

“Fənərbağça” və “Beşiktaş” “Qarabağ”ın legionerinə təklif göndərib Son xəbərlər


“Fənərbağça” və “Beşiktaş” “Qarabağ”ın legionerinə təklif göndərib

Bakı, 16 may, AZƏRTAC

Türkiyənin “Fənərbağça” və “Beşiktaş” klubları “Qarabağ”ın futbolçusu Leandro Andrade ilə yaxından maraqlanırlar.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, İstanbul nəhəngləri kabo-verdeli hücumameyilli yarımmüdafiəçi üçün Ağdam klubuna təklif göndəriblər.

İddiaya görə, Azərbaycan çempionu ilk təklifə mənfi cavab verib. “Qarabağ”ın bu keçid üçün Türkiyə klublarından L. Andradenin müqaviləsində sərbəstqalma məbləği olaraq göstərilən 4 milyon avro tələb etdiyi bildirilib.

25 yaşlı vingerin xidmətində Rusiyanın 3 klubunun da maraqlı olduğu vurğulanıb.

Qeyd edək ki, Leandro Andrade “Qarabağ”a 2022-ci ilin yanvar ayında Bolqarıstanın “Çerno More” klubundan keçib.


Mənbə – https://azertag.az/

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir