İçeriğe geçmek için "Enter"a basın

Gələn həftə neçə gün iş olmayacaq? – Son xəbərlər



28 may Respublika Günü münasibətilə Azərbaycanda 3 gün ardıcıl iş olmayacağı gözlənilir.

Metbuat.az yenisabah.az-a istinadən xəbər verir ki, mayın 28-i həftənin 2-ci gününə təsadüf edir. Adətən, belə situasiyalarda iş günləri ilə istirahət günlərinin yeri dəyişdirilir.

Əmək Məcəlləsinə əsasən, həftəarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı və ya əvvəlki iş gününə keçirilir. Bu isə o deməkdir ki, 25 may şənbə günü ilə 27 may birinci günün yeri dəyişdirilə bilər. Beləliklə, gələn həftə Azərbaycanda 3 gün – 26, 27 və 28 may tarixlərində qeyri-iş günü ola bilər.

Yenisabah.az məsələni dəqiqləşdirmək üçün Nazirlər Kabineti ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, bununla bağlı hökumətin müvafiq qərarı olacağı təqdirdə, ictimaiyyətə məlumat veriləcək.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.





Mənbə – https://metbuat.az/

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir