İçeriğe geçmek için "Enter"a basın

"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı – VİDEO Son xəbərlər


SİZİN REKLAM BURADA!
055 213 76 73

Yeni Kaledoniyanı vətəndaş müharibəsinin kabusu təqib edir. Fransa Prezidenti Emmanuel Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” televiziyasının yayımladığı süjetdə deyilir.

Reportajda qeyd edilir ki, Fransa Afrikadan qovulduqdan sonra Ermənistanla Cənubi Qafqaza təsir imkanlarını genişləndirməyə başlayıb. Belə ki, Paris Afrikadan qovulma səbəbi kimi Rusiya və Türkiyəni görür.

“Hazırda isə Yeni Kaledoniyada vəziyyətin nəzarətdən çıxmasında birbaşa rol oynayır”, – süjetdə qeyd edilir.

Süjetdə xatırladılır ki, mayın 13-də Avstraliya və Fici arasında yerləşən Yeni Kaledoniyada şiddətli iğtişaşlar başlayıb. Belə ki, Fransa parlamentində 10 ildən artıqdır adada yaşayan Fransa sakinlərinə əyalət seçkilərində daha çox səsvermə hüququ verilməsini təklif edən qanun layihəsi etirazlara səbəb olub. E.Makronun əmri ilə getdikcə şiddətlənən iğtişaşları yatırmaq üçün fövqəladə vəziyyət elan edilib. Yerli media hadisələrdə azı 4 nəfərin öldüyünü açıqlayıb.

Fransanın daxili işlər naziri Gerald Darmanin bu gün verdiyi açıqlamada 206 nəfərin saxlanıldığını, 64 polis və jandarmanın yaralandığını, adaya təxminən 1000 polis və jandarmdan ibarət əlavə qüvvə göndərildiyini açıqlayıb. Darmanin iğtişaşlarla bağlı verdiyi açıqlamada, “fövqəladə vəziyyət bu kiçik qrupun 10 mafiya liderini ev dustaqlığına salmağa imkan verdi” deyib.

Yeni Kaledoniyanın təxminən 300 min əhalisi var. Əhalinin 40 faizini yerli əhali, kanaklar təşkil edir. Adada təxminən 40 mindən çox fransız yaşayır. 1998-ci il Numea müqaviləsinə əsasən, Fransa bölgəyə daha çox siyasi muxtariyyət verməyə və əyalət və parlament seçkilərində səsverməni “yalnız o vaxtkı sakinlərə” məhdudlaşdırmağa razılaşıb.

BAKU.WS

VİDEO




Mənbə – baku.ws

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir