İçeriğe geçmek için "Enter"a basın

“I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsi çərçivəsində növbəti təlim Son xəbərlər


Bakı, 16 may, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) tanınmış jurnalist Ramilə Qurbanlının iştirakı ilə “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsi çərçivəsində növbəti təlim keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, mədəniyyət və incəsənət jurnalistikası haqqında tələbələrə ətraflı məlumat verən təlimçi bu sahədə ixtisaslaşmaq arzusunda olan jurnalistlərin bilməli olduqları xüsusi nüansları izah edib.

Tanınmış jurnalist mədəniyyət və incəsənət jurnalistikasının özəllikləri, dil-üslub xüsusiyyətləri, janr müxtəlifliyi, yazı texnikası, bu sahədə etik qaydaları əyani misallarla izah edib.

Ramilə Qurbanlı mədəniyyət xadimləri ilə müsahibələr zamanı yaşanan maraqlı məqamları, xatirələrini bölüşüb.

İnteraktiv formada keçən dərsin sonunda Ramilə Qurbanlı tələbələrin suallarını cavablandırıb və onlara öz kitablarını hədiyyə edib.

Qeyd edək ki, BDU-nun Jurnalistika fakültəsi, Azərbaycan Mətbuat Şurası və “525-ci qəzet”in birgə təşkilatçılığı ilə həyata keçirilən “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinin məqsədi mədəniyyət sahəsi üzrə püxtələşmək arzusunda olan tələbələrin inkişafına təkan verməkdir. Layihə çərçivəsində bu sahədə imzası tanınan şəxslərin təlimlərinin keçirilməsi, tələbələrin mədəni-kütləvi tədbirlərə cəlb olunması, öyrəndiklərini tətbiq etmək üçün materialların hazırlanması və işıqlandırılması, sonda isə “I Gənc mədəniyyət müxbirləri məktəbi”nin xüsusi sertifikatının verilməsi nəzərdə tutulur.


Mənbə – https://azertag.az/

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir