İçeriğe geçmek için "Enter"a basın

I Liqa: Mərkəzi oyunda qələbə qazanan “Şamaxı” liderliyə yüksəlib Son xəbərlər


I Liqa: Mərkəzi oyunda qələbə qazanan “Şamaxı” liderliyə yüksəlib

Bakı, 16 may, AZƏRTAC

Futbol üzrə Azərbaycan I Liqasında XXVI tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun mərkəzi oyununda Premyer Liqaya vəsiqə qazanmağa iddialı iki komanda – “Qaradağ Lökbatan” və “Şamaxı” üz-üzə gəlib. Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda keçirilən görüş qonaqların əzmkar qələbəsi ilə başa çatıb – 3:2.

Şamaxı təmsilçisinin heyətində hər 3 qolu Emin Zamanov vurub. Meydan sahiblərindən isə Seyxan Fərəcov və Xəlil Bəşirov fərqlənib.

Bu qələbədən sonra xallarını 54-ə çatdıran bölgə klubu liderliyi ələ keçirib. Lökbatan təmsilçisi isə 2-ci pilləyə geriləyib.

Qeyd edək ki, son turda “Şamaxı” “Araz Saatlı” ilə, “Qaradağ Lökbatan” “Mingəçevir”lə qarşılaşacaq. Şamaxılılar qalib gələcəkləri halda, digər matçların nəticəsindən asılı olmayaraq, Premyer Liqaya vəsiqə qazanacaqlar.

 


Mənbə – https://azertag.az/

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir