İçeriğe geçmek için "Enter"a basın

"Molokan" bağının ətrafı niyə "HASARLANIB"? – BŞİH səbəbi AÇIQLADI Son xəbərlər


Paytaxtın Xaqani, Qoqol, Rəsul Rza, Ü.Hacıbəyov küçələrinin kəsişməsində yerləşən “Xaqani” parkının (keçmiş “Molokan” bağı) Fəvvarələr meydanına çıxışı hissəsində ticarət mərkəzinin yanı ilə dəmir sədd çəkildiyini əks etdirən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Trend-in sorğusuna cavab verən Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) məsələyə aydınlıq gətirib.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, əraziyə çəkilən dəmir lövhələrin səbəbi orada aparılması nəzərdə tutulan abadlıq işləri ilə bağlıdır:

“Baki şəhər İcra hakimiyyətindən bildirildi ki, hazırlanmış xüsusi layihə əsasında “Xəqani” bağı və ətraf ərazilərin abadlaşdırılması həyata keçirilir. Sakinlərin müraciətləri əsasında aparılan işlər çərçivəsində parkın ərazisi genişləndiriləcək və piyadaların istifadəsinə veriləcək”.


Mənbə – baku.ws

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir