İçeriğe geçmek için "Enter"a basın

Nigeriyada məsciddə partlayış olub, 11 nəfər ölüb Son xəbərlər


Nigeriyada məsciddə partlayış olub, 11 nəfər ölüb

Bakı, 16 may, AZƏRTAC

Nigeriyanın Kano əyalətində məsciddə partlayış olub.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, partlayış Gezava bölgəsində sübh namazı vaxtı baş verib.

Hadisə nəticəsində 11 nəfər ölüb, 17-si isə yaralanıb. Yaralıların bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir, ölənlərin sayının artacağı istisna edilmir.

Hadisənin başvermə səbəbi araşdırılır.

 


Mənbə – https://azertag.az/

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir