İçeriğe geçmek için "Enter"a basın

Nobel mükafatı laureatı Əziz Səncər Azərbaycana gələcək Son xəbərlər


Nobel mükafatı laureatı Əziz Səncər Azərbaycana gələcək

Bakı, 16 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın fəxri üzvü, Nobel mükafatı laureatı Əziz Səncərin Azərbaycan Milli Elmlər Akademiyasına gəlməsi məsələsi də müzakirə olunub.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, 2023-cü il noyabrın 29-da keçirilən AMEA-nın Ümumi Yığıncağında Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib.

AMEA-nın Fəxri üzvü diplomunun və vəsiqəsinin təqdim olunması və onun Azərbaycan Respublikasının elmi ictimaiyyəti ilə geniş müzakirələrini təşkil etmək məqsədilə akademik İsa Həbibbəyli tərəfindən Əziz Səncərə Azərbaycan Milli Elmlər Akademiyasına səfərlə bağlı müraciət ünvanlanıb və müraciət Nobel mükafatı laureatı tərəfindən məmnuniyyətlə qəbul edilib.

İclasda AMEA-nın fəxri üzvü, Nobel mükafatı laureatı Əziz Səncərin mayın 30-dan iyunun 6-dək Azərbaycan Milli Elmlər Akademiyasına gəlişinin yüksək səviyyədə təşkil edilməsi məqsədilə Rəyasət Heyəti tərəfindən qərar qəbul olunub.


Mənbə – https://azertag.az/

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir