İçeriğe geçmek için "Enter"a basın

Nobel mükafatı laureatı Əziz Sancar Azərbaycana gələcək Son xəbərlər


SİZİN REKLAM BURADA!
055 213 76 73

AMEA-nın fəxri üzvü, Nobel mükafatı laureatı Əziz Sancar Azərbaycana gələcək.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə akademik İsa Həbibbəyli məlumat verib.

O bildirib ki, AMEA-nın Fəxri üzvü diplomunun və vəsiqəsinin təqdim olunması və onun Azərbaycan Respublikasının elmi ictimaiyyəti ilə geniş müzakirələrini təşkil etmək məqsədi ilə akademik İsa Həbibbəyli tərəfindən Əziz Sancara Azərbaycan Milli Elmlər Akademiyasına səfərlə bağlı müraciət ünvanlanıb və müraciət Nobel mükafatı laureatı tərəfindən məmnuniyyətlə qəbul edilib.

İclasda AMEA-nın fəxri üzvü, Nobel mükafatı laureatı Əziz Sancarın 30 may – 6 iyun tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasına səfərinin yüksək səviyyədə təşkil edilməsi məqsədilə Rəyasət Heyəti tərəfindən qərar qəbul olunub.

BAKU.WS




Mənbə – baku.ws

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir