İçeriğe geçmek için "Enter"a basın

Ölkədə sərnişin daşımaları artıb Son xəbərlər



Azərbaycanda nəqliyyat sahəsində bu ilin yanvar-aprel ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,6% və 7,8% artıb.

Metbuat.az xəbər verir ki, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 73,8 milyon ton yük daşınıb. Yüklərin 3,5%-i dəniz, 8,1%-i dəmir yolu, 0,2%-i hava, 57%-i avtomobil nəqliyyatı, 31,2%-i isə boru kəməri ilə daşınıb.

Qeyd edək ki, qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,2% artmış, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,3% təşkil edib.

2024-cü ilin yanvar-aprel aylarında nəqliyyatçılar 623,9 milyon sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 87,5 faizi avtomobil nəqliyyatı, 11,9 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.





Mənbə – https://metbuat.az/

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir