İçeriğe geçmek için "Enter"a basın

Peruda transseksuallar psixi pozğunluğu olan insanlar kimi təsnif ediləcək Son xəbərlər



Peru hökuməti transseksualizmi psixi pozğunluq siyahısına salan fərman verib.

Fərman psixi sağlamlıq problemlərinə görə pulsuz psixoloji yardım almaq hüququ olan vətəndaşların kateqoriyalarını genişləndirir. Belə ki, siyahıya transseksualizmlə yanaşı, transvestizm və digər cinsi kimlik pozğunluqları da daxildir.

Peru Səhiyyə Nazirliyi bildirib ki, ölkədə transseksualizm və gender disforiyasının yetkinlik dövründə şəxsiyyət və davranış pozuntuları kimi təsnif edildiyi Xəstəliklərin Beynəlxalq Təsnifatının 10-cu versiyası fəaliyyət göstərməkdə davam edir.

Bununla yanaşı, nazirlik “cins və cinsi müxtəliflik” hallarını xəstəlik hesab etmədiyini vurğulayıb.




Mənbə – Report.az

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir