İçeriğe geçmek için "Enter"a basın

"Qəbələ"nin azərbaycanlı futbolçuları I Liqada oynamağa hazırdırlar? Son xəbərlər



“Qəbələ” klubunun azərbaycanlı futbolçuları I Liqada oynamağa hazırdırlar?

Asif Məmmədov: “Düzdür, büdcə azalacaq, şərtlər dəyişəcək. Lakin “Qəbələ” mənə o qədər doğmadır ki, açığı, belə şeylərə çox önəm vermirəm. Ehtiyac varsa, komandaya kömək etmək istəyərəm. Nisbətən aşağı maaş təklif etsələr belə, oynamağa razılaşaram. Heç bir problem olmayacaq. “Qəbələ” evim kimidir, 10 ilə yaxındır buradayam. Nə lazımdırsa, ediblər. Oynamağım önəmli deyil, fikrimcə, mənim orada olmağım kifayətdir. İstər-istəməz gənclərin yanında təcrübəli futbolçu olmalıdır”.

İlkin Qırtımov: “Qarşıda iki oyun var. Hələ bu barədə rəhbərliklə aramızda heç bir söhbət olmayıb. I Liqada oynamaq problem deyil. Hamı necə, mən də elə. Demirəm ki, I Liqada oynamağı özümə sığışdırmaram. Şərtlərə gəlincə, yəqin ki, mövsümün sonuna qədər dəqiqləşdirərik”.

Urfan Abbasov: “Hələ qəti qərara gəlməmişəm. Qarşıda iki oyunumuz var. İnşallah, bitirək, daha sonra qərar verərəm. Başqa maraqlı təklif olsa, dəyərləndirərəm. Əks halda, yəqin ki, “Qəbələ”də qalacam”.

Ülvi İsgəndərov: “Bir neçə təklifim var. Müqaviləmdəki bəndə görə komanda Premyer Liqadan düşərsə, anlaşma avtomatik ləğv olunur. Qalıb-qalmayacağımla bağlı “Qəbələ” rəhbərliyi ilə danışmamışam. Ehtiyac olarsa, I Liqada da “Qəbələ” üçün oynayaram”.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin mayın 13-də baş tutan iclasında idman prinsiplərinin qorunmasının vacibliyi vurğulanıb. Bununla da Azərbaycan Premyer Liqasında sonuncu pilləni tutan komandanın, yəni “Qəbələ”nin I Liqaya düşəcəyi dəqiqləşib. I Liqanın çempionu isə yeni mövsümdən ölkənin əsas çempionatında çıxış edəcək.




Mənbə – Report.az

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir