İçeriğe geçmek için "Enter"a basın

"Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiya klubuna keçir – İDDİA Son xəbərlər


SİZİN REKLAM BURADA!
055 213 76 73

Moskva “Dinamo”su “Qarabağ”ın 32 yaşlı rusiyalı qapıçısı Andrey Lunyovun xidmətində maraqlıdır.

BAKU.WS xəbər verir ki, bu barədə jurnalist İvan Karpov öz Telegram hesabında məlumat verib. 

Bundan əvvəl mətbuatda Andrey Lunyova “Krılya Sovetov”a gedə biləcəyi və “Rostov”a mümkün transferi ilə bağlı şayiələr yayılmışdı.

Qeyd edək ki, bu mövsüm 32 yaşlı qolkiper “Qarabağ”ın heyətində bütün turnirlərdə 32 matçda iştirak edib, bunun 10-da qapısından qol buraxmayıb. 

Futbolçunun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

“Transfermarkt” portalı futbolçunun dəyərini 1 milyon avro olaraq qiymətləndirir.

BAKU.WS




Mənbə – baku.ws

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir