İçeriğe geçmek için "Enter"a basın

Şimali Kipr parlamentinin spikeri: Azərbaycan ilə yaxınlaşma üzrə hər bir yeni addım ŞKTR sakinlərini və hakimiyyət orqanlarını sevindirir Son xəbərlər


Lefkoşa, 16 may, AZƏRTAC

Şimali Kipr Türk Respublikasının (ŞKTR) və Azərbaycanın sakinləri qardaşdırlar, vahid türk millətinin bir hissəsidirlər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri ŞKTR parlamentinin spikeri Zorlu Töre mayın 16-da “Ercan” hava limanında Milli Məclisdən olan deputat qrupunun Lefkoşadan uçuşlarından əvvəl çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan ilə yaxınlaşma üzrə hər bir yeni addım ŞKTR sakinlərini və hakimiyyət orqanlarını sevindirir.

“Biz bu gün bir daha türk xalqlarının yaxınlaşmasının şahidi olduq. Bu istiqamətdə növbəti addım Azərbaycan-ŞKTR parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması oldu”, – deyə parlamentin spikeri bildirib.

Öz növbəsində, Milli Məclisin Azərbaycan-ŞKTR parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun sədri Cavanşir Feyziyev kiprli türklərin ədalətli maraqlarının müdafiəsi kontekstində Azərbaycan parlamentarilərinin Lefkoşaya səfərinin əhəmiyyətini vurğulayıb.

Onun sözlərinə görə, Milli Məclisin deputatlarının ŞKTR-ə səfəri zamanı toplanan məlumatlar Bakı ilə Lefkoşa arasında dialoqda gələcək addımları planlaşdırmağa kömək edəcək.

Milli Məclisin işçi qrupunun başçısı Şimali Kipr Türk Respublikası ilə təmasların, o cümlədən Bakıda tədbirlər çərçivəsində tezliklə davam edəcəyinə əminliyini ifadə edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Lefkoşa


Mənbə – https://azertag.az/

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir