İçeriğe geçmek için "Enter"a basın

Sinqapurun yeni Baş naziri Lourens Von oldu Son xəbərlər


Bakı, 16 may, AZƏRTAC

Sinqapurun yeni Baş naziri Lourens Von oldu. O, çərşənbə axşamı ölkə prezidentinin rəsmi iqamətgahı və ofisi olan İstanda and içib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Von hökumət başçısı vəzifəsində 2004-cü ildən bu vəzifədə olan Li Syan Lunu əvəz edib.

2022-ci ildə Lourens Von dördüncü nəsil respublika rəhbərlərinin lideri adlandırılıb. Bu, ona hökumət başçısı vəzifəsinə yol açıb. Dövlətin siyasi sisteminə əsasən, Baş nazir vəzifəsinə namizəd mərhələli şəkildə əsas vəzifələri tutaraq, nazirlər kabinetinə tədricən daxil edilir.

Li Syan Lun dəfələrlə deyib ki, 2022-ci ildə istefa verəcək. Buna baxmayaraq, o koronavirus pandemiyasına görə bu qərarın icrasını təxirə salmaq qərarına gəlib, deyə “The Straits Times” nəşrində deyilir.


Mənbə – https://azertag.az/

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir