İçeriğe geçmek için "Enter"a basın

Slovakiya baş nazirinə sui-qəsd əvvəldən planlaşdırılıb: Atəş açan şəxs radikal qruplaşma üzvü olub? Son xəbərlər



Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsd əvvəlcədən planlaşdırılıb”.

Bu sözləri baş nazirin müavini və müdafiə naziri Robert Kalinyak Dövlət Təhlükəsizlik Şurasının və respublika hökumətinin fövqəladə iclasından sonra keçirilən mətbuat konfransında deyib.

O əlavə edib ki, bu hadisə təsadüfi olmayıb. Həmçinin qeyd edib ki, atəş açan şəxs daha əvvəl Nazirlər Kabinetinin iclasının keçirildiyi Dolna-Kupadakı etiraz aksiyasında iştirak edib.

Eyni zamanda Slovakiya Daxili İşlər Nazirliyinin rəhbəri Matuş Şutay-Eştok Robert Fitsonu güllələyən şəxsin təklikdə hərəkət etdiyini, hakimiyyətə qarşı etirazlarda iştirak etdiyini, lakin radikal qruplaşmaların üzvü olmadığını bildirib.

Mənbə: TASS, RİA Novosti


Mənbə – Oxu.az

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir