İçeriğe geçmek için "Enter"a basın

Slovakiyalı politoloq: Baş nazirə hücum cəmiyyətdə qütbləşməyə səbəb olacaq Son xəbərlər



Görünən odur ki, Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı hücum kiminləsə koordinasiya edilməyib, bu daha çox bir nəfər tərəfindən həyata keçirilən hücuma bənzəyir.

“Hücum bir qrup insan tərəfindən planlaşdırılana oxşamır, daha çox hökuməti qəbul etməkdən imtina edən bir nəfərin təşəbbüsünə bənzəyir. Ola bilsin ki, sonradan yeni təfərrüatlar məlum olsun. Hücumun planlaşdırıldığını öyrənə bilərik, lakin hələlik belə bir məlumat yoxdur. Mənə elə gəlir ki, baş verənlər birmənalı olaraq cəmiyyətin qütbləşməsinə səbəb olacaq”.

Onun sözlərinə görə, bunu bəzi parlamentarilərin şərhləri də sübut edir: “Bu, müəyyən siyasi zorakılığa səbəb olacaq”.

Eyni zamanda politoloq qeyd edib ki, bu vəziyyət tərəflərdən heç birinə fayda verməyəcək.

Y.Hrabina bildirib ki, Baş nazirə atəş açılması yalnız onun siyasi mövqeyini gücləndirəcək.




Mənbə – Report.az

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir