İçeriğe geçmek için "Enter"a basın

“Təmiz hava” aylığı çərçivəsində ətraf mühitin çirkləndirilməsi hallarına qarşı qabaqlayıcı tədbirlər görülür Son xəbərlər


“Təmiz hava” aylığı çərçivəsində ətraf mühitin çirkləndirilməsi hallarına qarşı qabaqlayıcı tədbirlər görülür

Bakı, 16 may, AZƏRTAC

Hazırda ölkədə həyata keçirilən “Təmiz hava” aylığı çərçivəsində ətraf mühitin çirkləndirilməsi hallarına qarşı qabaqlayıcı tədbirlərin görülməsi və bu sahədə əhalinin maarifləndirilməsi işi davam edir.

Həmin məqsədlə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Müayinə Mərkəzində təşkil olunan növbəti tədbirdə mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olan avtonəqliyyat vasitələri aşkarlanaraq onların sahibləri ilə izahedici söhbətlər aparılıb, avtomobilin texniki cəhətdən saz vəziyyətdə istismar etməsinin vacibliyi haqqında onlara ətraflı məlumat verilib.

Bu barədə AZƏRTAC-a idarədən bildirilib.

“Cəmiyyətin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə, bir daha sürücülərdən, fiziki və hüquqi şəxslərdən istifadələrindəki avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edir, bu sahədə yol verilən qayda pozuntularının inzibati məsuliyyət yaratmasını onların diqqətinə çatdırırıq”, – deyə məlumatda qeyd olunub.

 


Mənbə – https://azertag.az/

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir