İçeriğe geçmek için "Enter"a basın

TƏBİB-dən Sabirabadda yararsız halda olan təcili yardım maşını ilə bağlı AÇIQLAMA – VİDEO Son xəbərlər


SİZİN REKLAM BURADA!
055 213 76 73

Ötən gün Sabirabad Rayon Mərkəzi Xəstəxanasına məxsus olduğu iddia edilən təcili tibbi yardım maşınının yararsız halda olması və içərisində pasiyentə tibbi xidmət göstərildiyinə diar yayılan görüntülər sosial şəbəkələrdə diqqət çəkib.

TƏBİB Oxu.az-ın sorğusuna cavab olaraq yaranmış məsələyə aydınlıq gətirib.

Məlumatda qeyd olunub ki, videogörüntülərdə yer alan həkim özəl tibb müəssisəsinin əməkdaşı olub:

“Pasiyentin olduğu avtomobil isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının balansında olsa da, təcili tibbi yardım xidməti üçün istifadə edilmir.

Məlumat üçün bildirək ki, hazırda sözügedən xəstəxananın təcili tibbi yardım xidmətinin ixtiyarında 12 ədəd avtomobil istifadə olunur.

Onu da əlavə edək ki, bəzi xəbər saytlarında video ilə yanaşı, paylaşılan foto isə tamamilə əlaqəsizdir. Sözügedən foto Salyan rayon ərazisində əvvəlki illərdə çəkilib.

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsində müalicəsi aparılan 1955-ci il təvəllüdlü şəxsə (qadın cinsli) doppler müayinəsi üçün rayonda yerləşən özəl tibb müəssisəsinə göndəriş vərəqəsi verilib.

Tibb müəssisəsinin balansında olan təcili tibbi yardım avtomobillərinin hər biri çağırışda olduğu üçün xəstənin yaxınlarına bir qədər gözləməli olduqları bildirilib. Xəstə yaxınlarının təkidi ilə tibb müəssisəsinin balansında olan, ancaq istifadə edilməyən köhnə model UAZ markalı avtomobil ilə xəstə özəl tibb müəssisəsinə təxliyə olunub.

Hazırda pasiyentin stasionar şəraitdə müalicəsi Sabirabad Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir, vəziyyəti stabildir”.

BAKU.WS




Mənbə – baku.ws

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir