İçeriğe geçmek için "Enter"a basın

Xərçəngin müalicəsi üçün faydalıdır Son xəbərlər


SİZİN REKLAM BURADA!
055 213 76 73

Ana təbiət əslində hamıya səxavətlə davranır, otunu, çiçəyini insanların ayaqları altına sərir. Sadəcə, biz onun dilini bilmirik, hansı otun, çiçəyin hansı dərdə dərman olmasından xəbərsizik.

Lent.az “Şəfalı bitkilər” rubrikasında bu dəfə el arasında acıqovuq kimi tanınan zəncirotu barədə məlumat verir. Onun zərif, top kimi yumru başlı toxumlarını hamı qırıb üfürür, arzularının yerinə yetib-yetməyəcəyini öyrənməyə çalışır.

Əslində zəncirotu həqiqətən də sehrli bitkidir, bəli o arzuları yerinə yetirir,amma ancaq sağlamlıqla bağlı olan arzuları.

Zəncirotunun 2000-dən çox növü var.

Bu bitkinin tərkibi kalsium, kalium, natrium, fosfor, maqnium, dəmir, selen, sink, marqanes, C, E, PP, K, A, B1, B2, B6, B9 vitaminləri ilə zəngindir.

Zəncirotu qurudulduqdan sonra da onun tərkibində olan vitaminlərin keyfiyyəti itmir. Zəncirotunun çiçəklərindən dadlı və faydalı mürəbbə bişirmək olur. Zəncirotu bitkisinin şirəsi orqanizmi yeniləyir, buna görə, ondan kosmetik vasitələr hazırlanır.

Bu bitkinin çayı əzələ və sümük inkişafını dəstəkləyir, dəri xəstəliklərinə yaxşı təsir edir, arıqlamağa kömək edir, xərçəngin müalicəsi üçün faydalıdır, qan təzyiqini balanslaşdırır, sidikqovucudur, əsəbləri sakitləşdirir. Həzmi sürətləndirir, iştahı artırır.

Dünyanın müxtəlif ölkələrində xalq təbabətində zəncirotundan sinqa, qaraciyər, sidik sistemi, şəkərli diabet , qan azlığı kimi xəstəliklərin müalicəsində istifadə olunur.

BAKU.WS




Mənbə – baku.ws

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir