İçeriğe geçmek için "Enter"a basın

Yeni Huawei MateBook D16 (2024) təqdim olundu: keyfiyyətli ekran, incə korpus və Intel Core i9. Son xəbərlər


Huawei, MateBook D16 seriyasının yeni versiyasını təqdim etdi. Yenilənmiş model, 13-cü nəsil Intel Core prosessorları bazasında işləyir, böyük tutumlu batareya, incə və yüngül korpus, həmçinin yüksək keyfiyyətli IPS ekran ilə təchiz edilib.

MateBook D16 (2024) 16 düym IPS ekrana malik olub, 1920×1200 piksel ölçü, 16:10 ekran nisbəti, 300 nit maksimal parlaqlığı və sRGB rəng sahəsinin 100 %-ni əhatə edir. Bu arada, baxış bucağı 178 dərəcə təşkil edir və ekranın faydalı sahəsi 90 %-ə çatır.

Noutbuk bir neçə prosessor konfiqurasiyasında mövcuddur: ən yüksək versiya Core i9-13900H bazasında işləyir, onu Core i7-13700H bazalı versiya izləyir, həmçinin daha əlverişli Core i5-13500H və Core i5-13420H versiyalar da var. Operativ yaddaşın həcmi 16 GB, daimi yaddaş isə 1 TB NVMe PCIe SSD-dir.

Cihaz həmçinin Metalane antenası ilə təchiz edilib. Bu antena faylların yüklənmə sürətini 51 % artırmağa və mənbədən 270 metr məsafədə qurğuların qoşulmasını dəstəkləyir. Enerji təminatı 70 Vt/saat tutumlu batareyaya aid edilir. Müqayisə üçün, əvvəlki versiya noutbuk 60 Vt/saat tutumlu ACB-dan enerji alırdı. Yeni MateBook D16 (2024) cəmi 1,68 kq çəkiyə malikdir.




Mənbə – Report.az

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir